Ana səhifə
20 Yanvar 2018

İqbal Ağazadədən yeni başqan - Açıqlaması

Ümid Partiyasından uzun müddət soyuq münasibətləri olan Müsavat Partiyasına yeni başqan seçilməsinə reaksiya verilib. 
 

 

Ucnoqta.az” xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında “Ümid” sədri İqbal Ağazadə “Müsavat”la bundan sonrakı mümkün birgə fəaliyyətləri haqda danışıb.

O bildirib ki, partiyalar arasındakı müttəfiqlik münasibətlərin şəxsi məsələlərə görə qurmayacaq: “Şəxsi münasibətlərə görə müttəfiqlik münasibətlərin müəyyən olunmasını yanlış siyasət hesab etmişəm. Heç vaxt şəxsi münasibətlərimə görə müttəfiq olmamışam. Kimlərsə proseslərə şəxsi müstəvidən baxa bilər. Bundan sonra da bizə olan münasibətdən yox, dəyərlərə və prinsiplərə olan münasibətə önəm verəcəyik. Azərbaycan cəmiyyətinin demokratikləşməsinə verə biləcəyimiz töhfələr baxımından əməkdaşlıq edəcəyik. Mənim dostumdur, yaxud düşmənimdir, məndən xoşu gəlir yaxud mənim xoşum gəlmir aspektində əlaqələr qurmayacağıq. Azərbaycan cəmiyyətinin demokratikləşməsi üçün bütün təşkilatlarla əməkdaşlığa hazırıq. Bu mərhələdə yalnız funksional əməkdaşlığa üstünlük veririk. 

Siyasi blok məsələsi ilə kollegial qərardan asılıdır. Bu barədə məsələlərin hansı yöndə gedəcəyini gələcək göstərəcək. Bu gün müxalifətin demokratik mərkəzində Müsavatla funksional əməkdaşlıq edirik. Bu çərçivədə də əməkdaşlığımızı davam etdirəcəyik. Gələcəyi indidən düşünmək və gələcəyə aid mövqe ifadə etmək istəmirəm”. 

Qeyd edək ki, Müsavat partiyasının sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı başqan seçilib.

 

Tarix
29 Sentyabr 2014 [16:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ