Bakıda kirayənişin qonağını bıçaqladı

12:06 - 23 Noyabr 2017 - HADİSƏ

Bərdə rayon sakini İlqar Mirzəyevi qətlə yetirmiş İsgəndər Hüseynov könüllü olaraq istintaqa təsilm olub

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 22-də saat 3.00 radələrində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İsgəndər Hüseynov Qaradağ rayonunun Lökbatan qəsəbəsində kirayədə yaşadığı evdə qonağı, həmyerlisi İlqar Mirzəyevə bıçaqla xəsarət yetirib. Nəticədə sonuncu hadisə yerində ölüb.

İ.Hüseynov könüllü olaraq 10-cu Polis Bölməsinə gələrək istintaqa təsilm olub.

Xəbər xətti