Bakıda avtobus piyadanı vuraraq öldürüb

12:04 - 23 Noyabr 2017 - HADİSƏ

61 saylı xətt üzrə hərəkətdə olan avtobus yolu keçən piyada, 1963-cü il təvəllüdlü Şahzadə Qoçu qızı Paşayevanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. 61 saylı xətt üzrə hərəkətdə olan avtobus yolu keçən piyada, 1963-cü il təvəllüdlü Şahzadə Qoçu qızı Paşayevanı vuraraq öldürüb.

 
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti