Ana səhifə
16 Dekabr 2017

Dolların sabitliyi nə qədər davam edəcək? — Sədr müavinindən AÇIQLAMA

“Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq”.

 

"Ucnoqta.az"ın “APA-Economics”ə istinadən məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Mərkəzi Bankın İdarə  Heyətinin sədr müavini Alim Quliyev deyib.
 
Onun sözlərinə görə, məzənnənin əlverişlilik səviyyəsi qurulmalıdır ki, ölkənin tədiyyə balansının yaxşılaşdırılma prosesləri indiki kimi davam etsin. “Milli iqtisadiyyatda yenidən balanslaşdırma proseslərini monetar siyasətlə aktiv dəstəkləmək üçün 2018-ci ildə də Mərkəzi Bank əsasən dayanıqlı artımın stimullaşdırılmasını və maliyyə sabitliyinin təmin olunması üçün ölkədə makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq. 2018-ci il üzrə proqnozlaşdırılan 6,1% səviyyəlik inflyasiyaya nail olmaq üçün hökumətlə koordinasiya olunmuş şəkildə siyasət yürüdüləcək. Bütün alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank inflyasiyaya azaldıcı təsir göstərən monetar siyasət yaratmağa çalışacaq. Bu mənada monetar şərait məcmu tələbin inflyasion artımını məhdudlaşdırmağa, eyni zamanda milli valyutada yığımları stimullaşdırmağa yönələcək. ”, - deyə A.Quliyev vurğulayıb.

 

Tarix
23 Noyabr 2017 [12:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ