796 sürücü cərimə olunub- “pərdə-plyonka tələbi”ni pozduğuna görə

11:37 - 23 Noyabr 2017 - Xəbər

İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulur

“Tətbiqinə icazə verilməyən örtükləri şüşələrə çəkdiyinə görə 796 sürücü inzibati inzibati məsuliyyətə cəlb olunub”. Ucnoqta.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

 
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulur.
Cərimələrlə bağlı qərar noyabrın 16-dan qüvvəyə minib.

Xəbər xətti