Ana səhifə
17 Noyabr 2018

Azərbaycan Avropa Olimpiya Oyunlarına milyardlar xərcləyəcək

Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarına 8 milyard dollar xərcləməyi planlaşdırır.

 

 

Ucnoqta.az bildirir ki, azadliq.org –un yazdığına görə, bunu Britaniyada çıxan Business New Europe (BNE.eu) yazır. Təşkilat komitəsindən dərgiyə deyiblər ki,bu oyunlar Azərbaycan tarixində ən məhtəşəm şou olacaq.

2012-ci ildə Azərbaycan Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etmişdi və bunun təşkilinə75,7 milyon dollar ayrılsa da reallıqda 277 milyon dollardan 721 milyon dollara kimi pul xərcləndi. Müqayisə üçün, 2009-cui ildə Moskvada Eurovision finalına 44 milyon dollar xərclənmişdi.

Bakıda İlk Avropa Olimpiya Oyunlarının təşkilat Komitəsi olan Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icra rəhbəri Simon Clegg bildirib ki, bu, Azərbaycanda ən fantastik şou olacaq, Bakıdakı Eurovision finalının şousu bunun yanında kiçik, lokal hadisəyə çevriləcək.

Azərbaycan Dövlət Statistika komitəsinin məlumatına görə, Azərbaycanda aylıq orta maaş 441 AZN-dır.

 

Tarix
25 Noyabr 2014 [20:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin