Villian: "Hakim haqlı olaraq 11 metrlik cərimə zərbəsi təyin etdi"

11:03 - 23 Noyabr 2017 - İDMAN

Sözügedən qarşılaşmada dubla İmza atan braziliyalı yarımmüdafiəçi penalti epizodunu da şərh edib

"İki qol vurduğum üçün sevinirəm. Layiqli qələbə qazandıq. Oyunundan əvvəlindən yaxşı oynadıq". Ucnoqta.az xəbər verir ki, Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri "Çelsi"nin futbolçusu Villian Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. Sözügedən qarşılaşmada dubla İmza atan braziliyalı yarımmüdafiəçi penalti epizodunu da şərh edib: "O epizodda yüngül təmas var idi. Ona görə də hakim haqlı olaraq 11 metrlik cərimə zəribəsi təyin etdi".

​D.Villian bildirib ki, hazırda bütün oyunçulara ehtiyacları var: "Üç gündən bir oynayırıq. Buna görə daha çox qələbə qazanmaq üçün istirahətə ehtiyacımız var".

Xəbər xətti