"Qarabağ" "Çelsi"yə məğlub oldu

22:54 - 22 Noyabr 2017 - İDMAN

Bu gün Çempionlar Liqasının qrup mərhələsində beşinci tura yekun vurulacaq.  turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında “Çelsi”ni qəbul edib. Ağdam klubu 0:4 hesabı ilə uduzub. Bu komandalar arasında Londonda keçirilən ilk görüşdə də "Çelsi" 6:0 hesabı ilə qalib gəlmişdi. Qeyd edək ki, Qurban Qurbanovun komandası ÇL-in qrup mərhələsində sonuncu oyununu səfərdə "Roma"ya qarşı keçirəcək. Çempionlar Liqası, V tur 22 noyabr C qrupu 21: 00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4 Qollar: Eden Hazard, 21-pen, Villian, 36, Fabregas, 73-pen, Villian, 85 Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 ("Qarabağ") Baş hakim: Manuel De Souza Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos Dördüncü hakim: Nuno Pereyra (hamısı Portuqaliya) Bakı Olimpiya Stadionu.qol.az

Xəbər xətti