"Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Putindir" - Ərdoğan

21:50 - 22 Noyabr 2017 - SİYASƏT

"Bu gün Soçidə İran, Rusiya və Türkiyə liderləri arasında baş tutacaq üçtərəfli görüşdə fürsət düşən kimi Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyəm”.

 

 

APA-nın “Haber7”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

 

O bildirib ki, Dağlıq Qarabağ məsələsi Türkiyənin də xüsusi məsələsidir və kənarda qalmasına razı olmazlar: “Rusiyaya ötən səfərimdə də həmkarım Vladimir Putinlə bu məsələni müzakirə etdik. Putin bu məsələdə əlindən gələni etməyə çalışdığını demişdi. Mən bu 5 rayon məsələsində daha həssas olmaq lazım olduğunu dedim. Bu münaqişəni bölgədə həll edə biləcək əsas güc Rusiya və Putindir”.

 

Xəbər xətti