ABŞ Azərbaycanda sahibkarlığa dəstək verir

19:12 - 22 Noyabr 2017 - Xəbər

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəmizdən olan 4 gənc sahibkarı Dövlət Departamentinin uzun müddətdir həyata keçirdiyi Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı (İVLP) çərçivəsində Amerika Birləşmiş Ştatlarına dəvət edib

ABŞ-ın Azərbaycandakı səfirliyi mədəni və profesional mübadilə proqramları vasitəsilə Azərbaycanda sahibkarlığa dəstək verir. ABŞ səfirliyindəın Ucnoqta.az-a verilən məlumata görə, 30 oktyabr -17 noyabr tarixlərində ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəmizdən olan 4 gənc sahibkarı Dövlət Departamentinin uzun müddətdir həyata keçirdiyi Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı (İVLP) çərçivəsində Amerika Birləşmiş Ştatlarına dəvət edib.

Dövlət Departamenti tərəfindən tam maliyələşdirilən proqramın əsas məqsədi “Sahibkarlığın inkişafı və ona dəstək” olub.

Proqram müddətində iştirakçılar Vaşinqton şəhərinə, Mayami, Florida, Bozman və Bat, Montana, Ostin, Texas və Kanzas, Missuridə oldular və aşağıdakılarla tanış olublar:

- ABŞ-da özəl müəssisənin inkişafına təkan verən ictimai, iqtisadi və siyasi amillər;
- Kiçik və orta biznesin və sahibkarlığın inkişaf etdirilməsi və irəliləməsi üçün federal, ştat və yerli hökumət siyasətləri;
- Kiçik və orta sahibkarlığın və sahibkarların inkişafına dəstək və gücləndirilməsində QHT-lərin və yerli təşkilatların rolu;
- Sahibkarlıq və kiçik biznesdə qadınlara dəstək verən dövlət siyasəti və ictimai və özəl sector proqramları;
- Sahibkarlığa və kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək məqsədilə dövlət, QHT, bank və komersiya təşkilatları arasında effektiv ünsiyyət və ictimai-özəl əməkdaşlıqlar;
- Yeni biznes yaratmaq, yeni texnologiyaları izləmək və yeni təşəbbüslərə dəstək verməyin ən yaxşı modellərini araşdırmaq üçün yeni ABŞ texnologiyalarının yaradıldığı özəl sektor və dövlət tərəfindən maliyələşən araşdırma labaratoriyaları da daxil olmaqla ABŞ-da en son və en yeni trendlər.

İVLP ABŞ Dövlət Departamentinin Amerika dövlət nümayəndələri, QHT-lər, özəl bizneslər və ABŞ-dan olan könüllülərlə birgə həyata keçirdiyi mədəni və professional mübadilə proqramıdır.

Profesional məlumat almaqdan başqa, bu mübadilə proqramlarının əsas məqsədi dəvət olunmuş ziyarətçilərlə ABŞ xalqı arasında qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Xəbər xətti