Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif edilib

13:20 - 22 Noyabr 2017 - Xəbər

Əhliman Əmiraslanov: "Həkimlərin maaşının da aşağı olması inşa olunan xəstəxanaların inkişafına, işləməsinə mane olur”
 

“Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri aşağıdır. Həkimlərin maaşının da aşağı olması inşa olunan xəstəxanaların inkişafına, işləməsinə mane olur”.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, əhalinin artımı nəzərə alınaraq səhiyyə xərcləri artırılmalıdır: “Bunu sabit saxlasaq və ya azaltsaq, problemlər olacaq”.
Komitə sədri bildirib ki, onkoloji preparatların alınması üçün vəsaitlər ayrılır, lakin həmin preparatlar çox bahalıdır: “Bədxassəli şişlərin müalicəsi üçün də əlavə vəsait ayrılmalıdır. Nəzərdə tutulan vəsait azdır”.

Xəbər xətti