Gəncədə doğuş zamanı ana vəfat edib

12:55 - 22 Noyabr 2017 - Xəbər

Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib

Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.


 Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.
 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti