GTMŞ sədri Astanada təltif olunub

18:22 - 22 Noyabr 2017 - Xəbər

Milli Şuranın sədri "XIX Ümumdünya Tələbə və Gənclər Festivalının hazırlanması və təşkilində fəal iştiraka görə" ordeni ilə təltif olunub.


Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov "XIX Ümumdünya Tələbə və Gənclər Festivalının hazırlanması və təşkilində fəal iştiraka görə" ordeni ilə təltif olunub.
XIX Ümumdünya Tələbə və Gənclər Festivalı 185 ölkədən 30.000 gəncin iştirakı ilə 14-22 oktyabr tarixlərində baş tutub. Festivalın məqsədi gənclər arasında beynəlxalq əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, gənc nəslin aktual problemləri və qlobal çağırışlar barədə geniş müzakirələr aparmaq, ümumi baxışları formalaşdırmaqdır. 
Tətifnamə Qazaxıstanın Astana şəhərində keçirilən MDB ölkələri Gənclərlə iş üzrə Şurasının növbəti iclasında baş tutub. İclasda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov iştirak edib. İclasda nümayəndələr on beş sual ilə tanış olublar. Xüsusilə, Qazaxıstan Respublikasının nümayəndələri öz ölkələrində dövlət gənclər siyasətinin həyata keçirilməsi barədə məlumat verib.

Daha sonra 2016-2017-ci illər üzrə layihələrin hesabatı təqdim olunub və 2018-2020-ci il üzrə planın müzakirəsi aparılıb. Görüş zamanı həmçinin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən XIX Dünya Gənclər və Tələbə Festivalı nəticələri və MDB ölkələrin gənclər nümayəndə heyətlərinin iştirakçılığı ilə bağlı müzakirələr keçirilib. 


 


Xəbər xətti