Deputat: “Azərbaycanda qiymət qalxdısa, enməsi çətin olur...”

12:32 - 22 Noyabr 2017 - Cəmiyyət

“Biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq.  Söhbət bu gün büdcəyə olan münasibətdən gedir. Bu  münasibət dəyişilməlidir”


Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə zərfinin müzakirəsində deputat Yevda Abramov deyib. O qeyd edib ki, büdcə ilə tanış olandan sonra optimist enerji ilə zala gəlib: “Keçən ilki büdcədən sonra builki büdcənin belə olacağına mənim kimi həmkarlarımın da ümudi yox idi.  Ancaq  xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. 


Dünən qiymətlər haqqında həmkarım Vahid müəlim danışdı.  Biz bilirik ki, respublikanın iqtisadiyyatı liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də  təsir etmir.  Qonşu Rusiyada ən azı 18 məhsul dövlət tərəfindən qorunur. Bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır.  Azərbaycanda qiymət qalxdısa onun enməsi çətin olur”.

Xəbər xətti