Ana səhifə
19 Oktyabr 2018

Elektron hökumətə aid mövzuda forum keçiriləcək

3 dekabr 2014-cü il tarixində ənənəvi təşkil olunan “Bakutel 2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində  Azərbaycan Respublikasının  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “Microsoft” Korporasiyasının təşkilatçılığı ilə  “eGov3.0: İnkişaf meyilləri  və yeni imkanlar” mövzusunda Beynəlxalq Forum keçiriləcəkdir.


 

Ucnoqta.az xəbər verir ki, forum elektron idarəçilik və elektron hökumət sahəsində müxtəlif dünya ölkələrinin qabaqcıl təcrübə və innovativ həllərinin, gələcək inkişaf trendlərinin müəyyən edilməsi sahəsində fikir mübadiləsi üçün platforma kimi çıxış edir.


Forumun əsas məqsədi müxtəlif hökumət qurumları, ölkə nümayəndələri, xarici və yerli mütəxəssislər, alimlər arasında təcrübə mübadiləsi üçün zəmin yaratmaqdır. 

Forum zamanı aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur:

  • E-hökumətin gələcək inkişaf trendləri;
  • İnformasiya cəmiyyətinin formalaşmasında müasir elektron hökumət həllərinin rolu;
  • Vətəndaşyönlü qabaqcıl e-hökumət həlləri;
  • E-idarəçilik və infrastrukturun təkmilləşdirilməsi;
  • Biznes, bankçılıq, e-təhsil, e-ödəmə, e-nəqliyyat və digər qlobal trendlər;

Forumda iştirak qeydiyyat üzrədir.

Qeydiyyat üçün 28 noyabr tarixinədək “[email protected]” mail ünvanına aşağıdakı məlumatların göndərilməsini rica edirik:

  • Ad, soyad
  • Şəxsiyyət vəsiqəsinin nömrəsi
  • Telefon
  • E-mail
  • Məşğuliyyət (iş və ya təhsil yeri)


Konfransın işçi dili: – Azərbaycan, ingilis və rus  dili

Forumun keçirilmə yeri – 9  Bakı Ekspo Mərkəzi

Son qeydiyyat tarixi – 28 noyabr 2014

 

Foruma çatdırılma ilə bağlı seçiləcək iştirakçılara məlumat veriləcəkdir.

Forum çərçivəsində kofe-breyk və nahar təşkilatçılar tərəfindən təmin ediləcəkdir.

 

Bəhruz

Tarix
25 Noyabr 2014 [20:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin