Azərbaycan və Ukrayna prezidentləri görüşəcək

11:32 - 22 Noyabr 2017 - Xəbər

Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.

 
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.

Xəbər xətti