Mina partlayışı: 3 erməni əsgər ölüb, 1-i yaralanıb

10:44 - 22 Noyabr 2017 - Xəbər

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina partlayıb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Dağlıq Qarabağda mina partlayışı nəticəsində 3 əsgər - 1995-ci il təvəllüdlü Qeqam Zakaryan, 1998-ci il təvəllüdlü Sarkis Abramyan və 1997-ci il təvəllüdlü Sarkis Melikyan həlak olublar. Daha bir hərbçi - 1997-ci il təvəllüdlü Narek Oveyan yaralanıb. Vəziyyəti ağırdır.

Xəbər xətti