Xəzərdə zəlzələ olub

10:05 - 22 Noyabr 2017 - Xəbər

Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, təkanlar yerli vaxtla saat 08:36-da qeydə alınıb.


Maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

Xəbər xətti