Balakəndə kişi həyat yoldaşını bıçaqladı

09:53 - 22 Noyabr 2017 - HADİSƏ

1984-cü il təvəllüdlü İbadov Raman Cümşüd oğlu eyni ünvanda yaşadığı həyat yoldaşı, 1987-ci il təvəllüdlü İbadova Esmira Cümşüt qızı ilə mübahisə edib

Balakən rayonunda kişi həyat yoldaşını ölümcül bıçaqlayıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qullar kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü İbadov Raman Cümşüd oğlu eyni ünvanda yaşadığı həyat yoldaşı, 1987-ci il təvəllüdlü İbadova Esmira Cümşüt qızı ilə mübahisə edib. Mübahisə nəticəsində R.İbadov həyat yoldaşına bir-neçə bıçaq zərbəsi vuraraq öldürmək istəyib. Ailə üzvlərinin köməyi ilə qadın xəstəxanaya yerləşdirilib.


Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində R.İbadov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xəbər xətti