"Vasmoy bazarı"nın keçmiş sahibi məhkəməyə şikayət verib - "ÇOVDAROV İŞİ"

23:05 - 21 Noyabr 2017 - Cəmiyyət

“Vosmoy bazarı” kimi tanınan “8-ci km bazarı”nın dövlət xeyrinə müsadirə edilməsi barədə Bakı Hərbi Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.

 

 

Ucnoqta.az xəbər verir ki,Lent.az-ın məlumatına görə, bazarın keçmiş sahibi, Çovdarovun işində zərərçəkmiş kimi tanınan Salman Səfərov məlumat verib.

 

Salman Səfərov qeyd edib ki,  şikayət artıq məhkəməyə təqdim edilib: “İşə baxan hakim hökm qəbul edərkən, bizim epizodumuz  üzrə ədalətsiz qərar çıxardı. Apellyasiya şikayətimizdə bazarın bizə geri verilməsini tələb edirik. Qardaşımla birlikdə eyni iş üzrə zərərçəkmişik, şikayətimizi də bir yerdə vermişik. Həmçinin şikayətimizdə Akif Çovdarovun ömürlük azadlıqdan məhrum edilməsi istəmişik. Onu da qeyd etmək lazımdır ki, bazarın alınması Eldar Mahmudovun göstərişi ilə olub. Burada Hilal Əsədovun da adı keçir. Bazarın 50 faizinə sahib olan Hilal Əsədov kənarda qalıb. Biz şikayətimizdə onun barəsində cinayət işinin başlanmasını istəmişik. Akif Çovdarovu tutsalar da, cinayətkarın biri kənarda qalıb. Akif Çovdarov bazarı Hilal Əsədovla bölüb. Bazarın yarısı Hilal Əsədovun arvadının adına, yarısı da Akif Çovdarovun qızının adına keçirilib. Burada Hilal Əsədov da məsuliyyətə cəlb olunmalıdır”.

 

Zərərçəkən  bildirib ki, prokurorluq onlara dəyən maddi və mənəvi zərərin miqdarını 8 milyon 100 min manat təyin edib.

 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə MTN generalı Akif Çovdarova məxsus "Vosmoy bazarı” kimi tanınan “8-ci km bazarı” dövlət xeyrinə müsadirə edilib.

 

 

 

Xəbər xətti