“BakuBus”ın avtobusu gənc qızı vurub

16:19 - 21 Noyabr 2017 - HADİSƏ

Yaralı xəstəxanaya yerləşdirilib

 “BakuBus”ın avtobusu gənc qızı vurub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonunda baş verib. Belə ki, Hüseyn Cavid prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abbaslı Roza Pərviz qızını 3 nömrəli marşut xətti üzrə hərəkət edən “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.


Fakt bağlı araşdırma aparılır.

Xəbər xətti