Ana səhifə
26 Sentyabr 2018

Kerri Lavrovla görüşəcək

ABŞ-ın dövlət katibi Con Kerri oktyabrın 15-dək Parisdə Rusiyanın və Fransanın xarici işlər nazirləri ilə görüş keçirəcək. İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib. Onun sözlərinə görə, oktyabrın 12-də Con Kerri Qahirədə Qəzza zolağının bərpasına həsr olunmuş konfransda iştirak edəcək. Bundan sonra isə dövlət katibi Parisə yollanaraq Fransanın xarici işlər naziri Loran Fabius, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər tərəfdaşlar ilə görüş keçirəcək. Həmçinin, oktyabrın 15-də ABŞ-ın dövlət katibi Con Kerri Vyanaya səfər edərək İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla görüşəcək.

 

Tarix
9 Oktyabr 2014 [10:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin