Qubada oğul atasını güllələyib

12:00 - 21 Noyabr 2017 - HADİSƏ

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır

 Quba rayonunda oğul atasını güllələyib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin səbəbləri araşdırılır.

Xəbər xətti