Ana səhifə
16 Oktyabr 2018

Vladimir Putin və Bəşər Əsəd görüşüblər

Görüş noyabrın 20-də Soçidə baş tutub

Rusiyanın dövlət başçısı Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə görüşüb. APA-nın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, görüş noyabrın 20-də Soçidə baş tutub. Görüşdə bildirilib ki, artıq Suriyada hərbi əməliyyatlar tamamlanmaq üzrədir.
Görüşdə terror probleminin qlobal xarakter daşıdığına işarə edən V. Putin bildirib ki, terrorla mübarizədə tam qələbə üçün hələ çox var. Ancaq Suriyada bu istiqamətdə hərbi əməliyyatlar yekunlaşır.
 Putin Suriyanın sülh istəyən dövlətlərlə siyasi əməkdaşlığa hazır olduğunu qeyd edib.
Son illər Suriyada terrorçularla mübarizədə uğurlar əldə edildiyini, ölkənin ərazi bütövlüyü və müstəqilliyini qorumağa müvəffəq olduqlarını vurğulayan Bəşər Əsəd isə bildirib ki, Suriyanın əsas hissəsi terrorçulardan azad edilib: “Həmin yerləri tərk etməyə məcbur olan suriyalılar artıq geri qayıdıb”.
Siyasi inkişaf baxımından Rusiyanın köməyinə ümid etdiyini qeyd edən Əsəd deyib ki, Suriya xalqı artıq geriyə baxmaq istəmir: “Kim bizimlə siyasi əməkdaşlıq qurmaq istəyirsə, onlarla dialoqlar aparmağa hazırıq”. 

 
Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani Suriyadakı vəziyyətlə əlaqədar üçtərəfli görüş keçirəcəklər.

Tarix
21 Noyabr 2017 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin