Ana səhifə
24 Sentyabr 2018

Ermənilər Moskvada “Karabakh” araqları satırlar - FOTO

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı işğal etmiş erməni separatçıları ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatlara ara vermirlər. 

 


 

AzVision.az oxu.az-a istinadən xəbər verir ki, özlərini “müstəqil dövlət” kimi qələmə verməyə çalışan separatçıların növbəti təxribatı Rusiyanın paytaxtı Moskvanın hava limanlarındakı “duty-free” mağazalar şəbəkəsində yer alıb.

Belə ki, erməni separatçılarının “duty-free” mağazaları vasitəsilə satışa çıxardıqları “Karabakh” adlı araqların üzərində istehsalçı kimi qondarma “Dağlıq Qarabağ Respublikası” “Stepanakert şərab zavodu” göstərilib.

Digər bir məqam isə bundan ibarətdir ki, ermənilər külli-miqdarda vəsait ayıraraq, həmin araqların “duty-free” mağazalar şəbəkəsinin ən görünən yerlərində yerləşdirilməsinə nail olublar.

Məsələ ilə bağlı danışan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən hər hansı qeyri-qanuni iqtisadi əməllərin, eləcə də Ermənistan tərəfindən burada istehsal olunan məhsulların Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malların mənşəyi haqqında qaydalarının kobud şəkildə pozulması ilə saxta etiketlərlə MDB ölkələri və Avropa Birliyi bazarında satılması hallarının qarşısının alınması üçün lazımı tədbirlər görülür.

“Amma beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliklə yanaşan Ermənistan rejimi xarici iqtisadi-ticarət əlaqələrində də ÜTT çərçivəsində götürdüyü öhdəliklərini və ikitərəfli razılaşmalarını kobudcasına pozur, malların mənşəyi haqqında saxta məlumat verərək, idxal edən dövləti və onun istehlakçılarını aldatmaqdan çəkinmir. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yolla istehsal olunan mallara bir çox hallarda saxta şəkildə Ermənistana aid etiketlər vurulur”.

H.Hacıyev bildirib ki, yalan və saxtakarlıq Ermənistan rejiminin xislətidir.

“Nəzərə alınmalıdır ki, ÜTT qaydalarına və ölkədaxili qanunvericiliyə görə istehlakçıların malların mənşəyi haqqında səhih məlumat almaq hüquqları var.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunmuş məhsulların saxtakarlıq yolu ilə ixrac edilməsi Ermənistan tərəfindən aşkar şəkildə ÜTT qarşısında götürdüyü öhdəliklərinin pozulmasıdır.

Bu kimi malları idxal edən dövlətlər də gömrük rəsmiləşdirilmələri zamanı malın mənşəyi haqqında daha dəqiq və ətraflı məlumat tələb etməlidirlər.

Qeyd olunan məsələ də Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının aidiyyəti səfirliyi tərəfindən araşdırılacaq”.

 

Tarix
25 Noyabr 2014 [00:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin