Ana səhifə
17 Dekabr 2017

Gömrükçülər İrandan Qazaxıstana gedən yük avtomobilində narkotik vasitə aşkarlayıb

Narkotik vasitə kinoloji xidmət itinin reaksiyası əsasında aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Qazaxıstana gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb. Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
20 Noyabr 2017 [16:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ