Ana səhifə
18 Dekabr 2017

“Zəng”in növbəti uğuru

Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində baş tutan IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib. 
Teatr təmsilçilərimiz 18-19 noyabr tarixlərində reallaşan qastrol müddətində türkiyəli teatrsevərlər qarşısında beynəlxalq festivallarda uğurla iştirak edən “Zəng” adlı mono-tamaşa ilə çıxış ediblər.



Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
 
Adana Şəhər Teatrları İdarəsi tərəfindən düzənlənən festival çərçivəsində nümayiş olunan tamaşa böyük rəğbətlə qarşılanıb. Hər hansı nominasiyanın olmadığı festivalda iştiraka görə təşəkkür diplomuna, bundan başqa, Adana Şəhər Bələdiyyəsinin xüsusi mükafatlarına layiq görülən yaradıcı heyət növbəti festivala, eləcə də qardaş ölkənin Ankara şəhərində reallaşacaq digər beynəlxalq teatr festivalına müsabiqəsiz iştirak hüququ qazanıb.
Məlumat üçün qeyd edək ki, teatr müxtəlif ölkələrdən teatrları bir araya gətirməklə onların qarşılıqlı mübadiləsinə çalışmaq məqsədi daşıyan bu festivalda ilk dəfə iştirak edirdi. 
Onu da qeyd edək ki, ümumilikdə 18 teatrın təmsil olunduğu festival iki ildən bir baş tutur və şəhərin müxtəlif teatr və sənət mərkəzlərində teatrsevərləri bir araya gətirərək onlara fərqli teatr meyllərini təqdim edir.
 

Tarix
20 Noyabr 2017 [22:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ