Ana səhifə
16 Dekabr 2017

Şirvanda kabel oğruları saxlanılıb

Faktla bağlı araşdırma aparılır

Şirvan şəhərində kabel oğruları saxlanılıb.  Ucnoqta.az xəbər verir ki, buu barədə “Report”a DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Mustafa Eyvazov və Əlizaman Kazımov saxlanılıblar.


Otuz metrə yaxın kabeli kəsib oğurladıqlarını etiraf edən saxlanılanlar onu sataraq əldə etdikləri pulu aralarında böldüklərini bildiriblər.
Polis əməkdaşları tərəfindən maddi sübüt kimi hər iki şəxsin kabelləri kəsmək üçün istifadə etdikləri mişarlar götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Tarix
20 Noyabr 2017 [14:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ