Ana səhifə
16 Dekabr 2017

Akif Çovdarov apellyasiya şikayəti verib

İşə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya A. Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. O qeyd edib ki, əmlakı dövlətin xeyrinə müsadirə olunan zərərçəkmişlər də apellyasiya şikayəti verib. Şikayətdə təqsirləndirilən şəxslərə bəraət verilməsi istənilir.
İşə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub.

 
Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
20 Noyabr 2017 [14:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ