XƏBƏRDARLIQ: hava şəraiti dəyişəcək

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 22-si gün ərzində şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında noyabrın 22-si qərb rayonlarından  başlayaraq noyabrın 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, noyabrın 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.

Tarix
20 Noyabr 2017 [13:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin