Ana səhifə
22 Fevral 2018

Rusiyada "Demon" operasinin premyerasi - FOTO

Vasiliy Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında Azərbaycan Akademik Opera və Balet teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin iştirakı ilə görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin “Demon” operasının premyerası gerçəkləşib.

 

 

Tamaşa dahi rus şairi və mütəfəkkiri Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr olunmuşdur.  Lahiyənin rəhbəri və təşkilatçıları  Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və V.Safonov adına Rusiya Dövlət Filarmoniyasıdır. Operada əsas rolları beynəlxalq müsabiqələr laureatları Sergey Maydanov (Demon),  Yelena Filimonova (Tamara), Mixail Xojigirov (Knyaz Qudal), Natalya Starkova (Mələk), Aleksey Ronçuqov (Knyaz Sinodal) və Yevgeniy Bulıçevski (Fiqaro) ifa etmişlər. Tamaşada, həmçinin, Filarmoniyanın Akademik simfonik orkestri və xoru (bədii rəhbər – Alina Muxamedjanova) iştirak etmişlər. Əsərin ifasını böyük maraqla izləyən dinləyicilər tamaşanın sonunda azərbaycanlı dirijor və rusiyalı ifaçıları uzun müddət alqışlarla qarşılamışlar. Tamaşanı izləmək üçün Moskva və Sankt-Peterburq şəhərlərindən qonaq gəlmiş görkəmli rusiyalı musiqiçilər – Rusiyanın xalq artisti, “Sankt-Peterburq Musiqi Evi” nin rəhbəri, P.Çaykovski adına beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, Mariinski Teatrının dirijoru, professor Sergey Roldugin, Rusiyanın xalq artisti, professor Yelena Mirtova, Rusiyanın əməkdar artisti, məşhur orqan ifaçısı Svetlana Berejnaya, beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu Aleksey Orlovetski dirijor Əyyub Quliyev və digər ifaçılara bu mürəkkəb əsərin məharətli təfsirinə görə minnətdarlıqlarını bildirmişlər.  Qeyd etmək lazımdır ki, V.Safonov adına Rusiya Akademik Filarmoniyası Rusiyanın ən qədim musiqi ocaqlarından biridir – 2015-ci ildə Filarmoniya 200-lik yubileyini qeyd edəcəkdir. 2013-cü ildə Əyyub Quliyev həmin orkestrin baş dəvətli dirijoru təyin olunmuşdur. Bununla bərabər o, Azərbaycan Akademik Opera və Balet teatrının dirijoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasınını baş müəllimi kimi  musiqi mədəniyyətimizin inkişafı prosesində iştirak edir.

Tarix
25 Noyabr 2014 [10:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ