Ana səhifə
18 Dekabr 2017

Baş nazirin müavini: "Azərbaycan cəmiyyəti sağlam təməl üzərində qurulub"

 "Uşaqlar Azərbaycan cəmiyyətinin ən ali dəyəridir". 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan­ Uşaqlarının IV Ümumr­espublika Forumunda baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, bu dövlət uşaq siyasətinin təməlini təşkil edir: "Azərbaycanın son 25 ildə əhalisi təxminən 40 faiz artıb, bu o deməkdir ki, Azərbaycan cəmiyyəti sağlam təməl üzərində qurulub".
Ə.Əhmədov qeyd edib ki, bir neçə aydan sonra 10 milyonuncu uşaq dünyaya göz açacaq: "Bütün bunlar dövlətin üzərinə yeni qayğılar qoyur, uşaqla bağlı qayğılar Azərbaycan dövləti üçün şərəfli işdir. Biz vətəndaşlarımızın sayının artmasını, ölkəmizin gücünün və qüdrətinin artmasını vacib amil hesab edirik. Azərbaycan cəmiyyəti həm sayca artmalı, həm də ölkəmizin potensialını müəyyənləşdirən digər parametrlərə malik olmalıdır".

Tarix
20 Noyabr 2017 [11:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ