Ana səhifə
19 Dekabr 2018

Tovuzda 22 yaşlı oğlan bıçaqlanıb

Hadisəni törədən R.Hüseynov saxlanılıb

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində olub. Qəsəbə sakini, 2000-ci il təvəllüdlü - Hüseynov Rəşad Elşən oğlu qəsəbə sakini, 1995-ci il təvəllüdlü Quliyev Hüseyn Kəmaləddin oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib. Nəticədə R.Hüseynov H.Quliyevi bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Hüseynov saxlanılıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb.

Tarix
20 Noyabr 2017 [10:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin