İmişlidə 2 avtomobil toqquşub

11:53 - 19 Noyabr 2017 - HADİSƏ

Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” və  “VAZ” markalı minik avtomobilləri toqquşub.   Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəbər xətti