Qaxda dağlıq ərazidə yanğın başlayıb

11:31 - 19 Noyabr 2017 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb. Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

Xəbər xətti