Ana səhifə
16 Dekabr 2017

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Rayonlarda yağmurlu hava şəraitindən sonra respublika çaylarında sululuq səviyyəsi ilə bağlı son 10 gün üzrə keçirilən monitorinqin nəticələri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-130, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, son nəticəyə görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 210 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 39,5 m3/s olmaqla, ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 115 faizinə bərabər olub. Kür çayının aşağı axınında vəziyyətə gəlincə, son nəticəyə görə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 5 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 m (2016-cı il noyabrın 17-də 440 sm), Şirvanda 251 sm, Salyanda 227 sm (2016-cı il noyabrın 17-də 300 sm), Bankədə 202 sm (2016-cı il noyabrın 17-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2016-cı il noyabrın 17-də 153 sm) təşkil edib.
Tarix
19 Noyabr 2017 [10:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ