Ərdoğan NATO-nun üzrünü qəbul etmədi

21:56 - 18 Noyabr 2017 - DÜNYA

Norveçdə keçirilən təlimlər zamanı Mustafa Kəmal Atatürkün şəkili "şərti düşmən" stendində əks olunduqdan sonra edilən üzrxaxlıq kifayət deyil. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Siz dünən Norveçdə NATO-nun təlimləri zamanı Türkiyəyə qarşı hörmətsizliyi gördüz. Helə səhvlər var ki, onlar ağılsız deyil, alçaq insanlar tərəfindən edilir. Bu mövzunun bağlı hesab olunması üçün tək üzr istəmək kifayət deyil", - deyə Ərdoğan bildirib. Ölkə prezidenti NATO-nun Norveçdəki təlimlərindən türk hərbiçilərinin geriyə çağırılması barədə qərarın qəbul olunduğunu da bildirib.

Xəbər xətti