Ana səhifə
18 Dekabr 2017

Mətbuat Şurası hüquq mühafizə orqanlarına müraciət etdi: “reket” KİV-lərlə bağlı

Mətbuat Şurası adları qurumun “qara siyahı”sına daxil edilmiş mətbuat orqanları və internet saytları ilə bağlı müvafiq dövlət orqanlarına müraciət ünvanlayb.

 

Mətbuat Şurasından Ucnoqta.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, “reket” fəaliyyəti ilə məşğul olan KİV-lərlə bağlı MŞ-nin həyata keçirdiyi məqsədyönlü tədbirlər və əldə edilən nəticələrə baxmayaraq, ölkənin informasiya məkanında hələ də sui-istifadə halları qalmaqdadır. Şura bu tipli neqativ halları, konkret olaraq cəmiyyətin müxtəlif təbəqələrinin, ayrı-ayrı vətəndaşların, biznes subyektlərinin, dövlət orqanları nümayəndələrinin haqlı narazılığına səbəb olmuş KİV-lərin fəaliyyətini daim nəzarətdə saxlayır, onların barəsində daxil olmuş müraciətləri ətraflı və obyektiv şəkildə araşdırır və müvafiq qərarlar qəbul edir. Bununla yanaşı etiraf edilməlidir ki, peşə prinsiplərinə laqeyd yanaşan, qanunun tələblərini pozan, müvafiq tövsiyə və iradlara məhəl qoymayan KİV-lərə bağlı qəbul olunmuş qərarlar ictimai qınaq xarakteri daşıdığına görə, bir çox hallarda gözlənilən nəticəni vermir. Mətbuat Şurasının İdarə Heyəti yaranmış vəziyyəti müzakirə edərək, barəsində qərar qəbul olunmuş və adları “qara siyahı”ya daxil edilmiş KİV-lərlə bağlı tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edib.

Tarix
18 Noyabr 2017 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ