Qarabağın məşhur futbolçusu yenə zədələndi

14:35 - 18 Noyabr 2017 - İDMAN

"Qarabağ"ın futbolçusu Dani Kintana yenidən zədələnib.

 

Ucnoqta.az xəbər verir ki, Qol.az-ın məlumatına görə, o, Topaz Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a qarşı matçın 80-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizə zamanı zədə alıb. Bu səbəbdən o, Donald Gerrye ilə məcburi əvəzlənib.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" görüşü Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, D.Kintana zədəsini bir müddət əvvəl sağaltmışdı.

Xəbər xətti