Ramil Usubov Sumqayıtda qəbul keçirəcək

12:20 - 18 Noyabr 2017 - Xəbər

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il dekabr ayının 2-də saat 10:00-da Sumqayıtda qəbul keçirəcək.

 

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinləri qəbul ediləcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbər xətti