Ana səhifə
23 Sentyabr 2018

“Müraciətləri nəzərə alıb, belə bir layihə ərsəyə gətirdim” - FOTOLAR

Tarzən Humay Qədimova  sayca 4-cü instrumental klipini ərsəyə gətirib. Növbəti həftəyə təqdimatı nəzərdə tutulan ekran işi bu dəfə udun ifasında lentə alınıb.

 

 

Humay xanımın ifa üçün seçimi , tarixi uzun illərə söykənən milli rəqslərimizdən “Qaval”dı. Klipin rejissoru H.Qədimovanın bir sıra konsert və  layihələrinə ekran həyatı verən Vüsalə Mirzəyevadır. Çəkilişlər Mərdəkanda, “Arşın mal alan” filminin çəkildiyi məkanlardan birində aparılıb. Geyim mövzuya uygun milli üslübda seçilib. Humay Qədimova  bu səpkidə ifanı tamaşaçı tələbatını nəzərə alaraq ekrana gətirdiyini bildirdi: “Sosial şəbəkədə ud ifamı ara-bir təqdim edirəm.  Çoxluq bu təqdimatı klip şəklində böyük ekrandan görməyi arzulayır. Hətta İrandan, Türkiyədən, başqa ölkələrdən udla çıxışımı görməyi arzulayanlar var. Müraciətləri nəzərə alıb, belə bir layihə ərsəyə gətirdim”.

 

 

Rəqsanə

Tarix
24 Noyabr 2014 [18:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin