Məleykə Abbaszadə Neftçalada vətəndaşları qəbul edəcək

10:26 - 18 Noyabr 2017 - ÖLKƏ İÇİ

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Neftçala rayonunda vətəndaşları qəbul edəcək. DİM-dən Ucnoqta.az-a verilən xəbərə görə, Neftçala rayonunda keçiriləcək qəbulda Neftçala, Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon və Şirvan şəhər sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.   Qəbul noyabrın 30-da saat 10:00-da Neftçala rayon H.Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, H.Əliyev prospekti, 34) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə (ünvan: Şirvan şəhəri, M.Ə. Rəsulzadə pr., 19, əlaqə tel.: (02121) 5-15-23) müraciət etmələri  xahiş olunur. Bundan əlavə, Neftçala, Salyan , Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon Təhsil şöbələrində 20-29 noyabr 2017-cı il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat keçməklə də qəbula yazılmaq mümkündür. Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbər xətti