Salyanda idarəetməni itirən sürücü avtomobili aşırıb

09:48 - 18 Noyabr 2017 - HADİSƏ

Salyan rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.  Belə ki, kənd sakini, 25 yaşlı Rauf Azər oğlu Hüseynov idarə etdiyi "Jiquli" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə maşın yolun kənarına aşıb.  Sürücü hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti