Gəncədə iki avtomobil toqquşub

20:53 - 17 Noyabr 2017 - HADİSƏ

Gəncədə yol qəzası baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki,  hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. “VAZ 21 015” markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində “VAZ”da olan 1981-ci il təvəllüdlü Kəmalə Xudiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti