"Atletiko" Özillə danışıqlara başladı

23:16 - 17 Noyabr 2017 - İDMAN

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Atletiko" "Arsenal"ın futbolçusu Məsut Özillə danışıqlara başlayıb.

 

Ucnoqta.az qol.az-a istinadən xəbər verir ki, madrid klubu Almaniya millisinin üzvünə illik 10 milyon avro əmək haqqı təklif edib.

Qeyd edək ki, türkəsilli yarımmüdafiəçinin "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna görə də "Atletiko" Özili azad agent kimi heyətinə cəlb edə bilər.

 

Xəbər xətti