"PSJ-dən qorxmuram" - Ronaldo

14:30 - 17 Noyabr 2017 - İDMAN

"Real"ın hücumçusu Kriştiano Ronaldo PSJ-nin Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsinə münasibət bildirib.

Ucnoqta.azxəbər verir ki, Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Paris klubundan qorxmadıqlarını deyib: "PSJ-dən qorxmuram. Biz turnirin son qalibiyik. Hörmətə layiqik".

K.Ronaldo onu da bildirib ki, ÇL-də yer aldıqları H qrupunda 1-ci olmaq istəyirdilər: "Amma önəmli olan pley-off-a yüksəlməkdir".

Qeyd edək ki, H qrupuna "Tottenhem" başçılıq edir. "Real" ikinci pillədə qərarlaşıb.

Xəbər xətti