Ana səhifə
16 Dekabr 2017

Azərbaycanda "Rəşadət” ordeni təsis edildi

"Ucnoqta.az"ın APA-ya istinadən məlumatına görə, ordenin təsdiq olunması ilə bağlı layihə prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.
 

Layihəyə görə, “Rəşadət” ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:
 
- Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
- Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
- Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə və sair bu kimi xidmətlərə görə verilir.
 
Layihədə bildirilir ki, “Rəşadət” ordeninin 3 dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcədir. Layihə səsə qoyularaq qəbul olunub.

Tarix
17 Noyabr 2017 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ