Zeynəb Xanlarova: "Mən bu məsələdə dinməyə bilmərəm"

13:09 - 17 Noyabr 2017 - Cəmiyyət

Xalq artisti, deputat Zeynəb Xanlarova Rasim Balayevin dərmanları ala bilməməsi ilə bağlı mətbuata verdiyi müsahibədən danışıb.

 

Ucnoqta.az xəbər verir ki, deputat bu mövzuda susa bilməyəcəyini qeyd edib: “Mən dinməyə bilmərəm. Mədəniyyətimizə böyük töhfə verən,  qəhrəman haqqında danışmaq istəyirəm. O elə sənətkardır ki, Nəsimini, Babəki  yaradıb. Ona həkim iki dərman yazıb. Onu almağa pulu yoxdur. Mən üzümü Mədəniyyət və Səhiyyə Nazirliyinə tuturam. Bu adam xəstədir. Niyə baxmırlar ona? Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Aldığı pul nədir ki onu da dərmanlara versin?”.//Qafqazinfo//

 

Xəbər xətti