Ana səhifə
16 Dekabr 2017

Lider TV-nin ən böyük region bölmələri bağlandı-Maddi vəziyyətə görə

 

“Lider” televiziyasının bir neçə region bölmələri bağlanıb.

 

Ucnoqta.az xəbər verir ki, “Lider” TV-nin ən böyük region bürolarından biri “Cənub” bölməsi bağlanıb. Lənkəran, Astara, Lerik, Yardımlı kimi böyük rayonları və ərtaf rayonları əhatə edən bölmənin  bağlanması, kanalın maddi vəziyyətinin pis olması ilə əlaqələndirilib.Bundan başqa kanalın “Zaqatala” bürosu və bir neçə böyük rayonları əhatə edən “Aran” rayonlar üzrə bölməsi də artıq fəaliyyətini dayandırıb.Televiziyanın fəaliyyətini dayandırdığı bölmələrin əməkdaşları artıq digər televiziyalara müraciət edərək iş istəyiblər.Onlar saytımıza bildirib ki, bir müddətdən sonra kanalın digər region bölmələri də fəaliyyətini dayandıracaq.

 

Məsələ ilə bağlı televiziyanın mövqeyini öyrənmək istəsək də zənglərimizə cavab verən olmadı.

Tarix
17 Noyabr 2017 [12:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ