Ana səhifə
17 Dekabr 2017

Rza Zərrabı həbsxanada öldürmək istədilər - ABŞ-da ŞOK OLAY

ABŞ-da həbsdə olan iş adamı Rza Zərraba sui-qəsd olub.

 

Ucnoqta.az xəbər verir ki, APA-nın "Yeni Şafak”-a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Mustafa Doğan İnal məlumat verib.

 

O bildirib ki, həbsxanada məhbuslardan biri onu bıçaqla öldürmək istəyib. Zərrab digər məhkumların yardımı ilə ölümdən xilas edilib.

 

Vəkilin sözlərinə görə, hadisədən sonra R. Zərrab başqa yerə köçürülüb, yeri isə heç kimə bildirilmir: “Məhkəməsinə 15 gün qalmış kimsə onu öldürmək istəyir. O, ölümlə təhdid edilərək, yönləndirilmiş ifadələr verməyə məcbur edilir”.

 

Qeyd edək ki, R. Zərrabın səhhəti ilə bağlı artıq Türkiyə ABŞ-a nota verib. ABŞ notaya cavabda R. Zərrabın vəziyyətinin normal olduğunu bəyan edib.

 

Tarix
17 Noyabr 2017 [11:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ